Yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artaraq 5 mlrd. 35,4 mln. manat təşkil edib
"Unikal"ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlətbüdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub.
"Yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artaraq 5 mlrd. 35,4 mln. manat təşkil edib və proqnoz 150,5% səviyyəsində icra olunub.
Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 49,7% artaraq 3 mlrd. 430,2 mln. manat olub və proqnoz 133,5% yerinə yetirilib. Bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına, eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm", - M.Cabbarov yazıb.