İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı nəticəsində indiyədək 73 terrorçu zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
H. Akar qeyd edib ki, terrorçulara məxsus 102 mağara, sığınacaq, 524 əldəqayırma partlayıcı məhv edilib.
Bundan əlavə, antiterror əməliyyatı zamanı 10 türk əsgəri şəhid olub.