Sinay yarımadasında baş verən silahlı hücumda biri Misir zabiti də daxil olmaqla 11 hərbi qulluqçu həlak olub.
"Unikal"ın məlumatına görə, bu barədə Misir Silahlı Qüvvələrinin mətbuat katibi polkovnik Qərib Abdel Hafez öz "Facebook" səhifəsində bildirib.
"Bir qrup ekstremist Süveyş kanalının şərqindəki su stansiyasına hücum edib. Orada mühafizəyə təyin olunmuş hərbçilər onlarla döyüşə girərək hücumu dəf ediblər, nəticədə 1 zabit və 10 əsgər şəhid olub. Daha beş nəfər yaralanıb", - deyə qeyd olunub.
Bildirilib ki, Süveyş kanalı boyunca və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.