Rusiyanın Polşadakı səfiri Sergey Andreyev diplomat sovet əsgərlərinin qəbiristanlığına gül qoymağa gedərkən hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Jurnalist diplomatın üzərinə qırmızı boya atıldığını qeyd edib. Bundan başqa, insanlar ona əklil qoymağa icazə verməyiblər.
Hadisə yerindən olan görüntülərdə səfirin üzünün və paltarının qırmızı boya ilə örtüldüyü görünür. Onun həyat yoldaşı və onu müşayiət edən bir qrup diplomat da hücuma məruz qalıb.
Bir neçə dəqiqədən sonra hadisə yerinə polis gəlib, hüquq-mühafizə orqanlarının əməkdaşları diplomatları mühasirəyə alaraq onların avtomobilə minməsinə kömək ediblər.
Ağarza Elçinoğlu
Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin üzərinə etiraz əlaməti olaraq qan rəngli boya atılıb. #Russia #ambasaador #blood #war #9may pic.twitter.com/sGpAEXsCto
— Unikal Media Group (@UnikalOrgPortal) May 9, 2022