Yaponiya müdafiə sektoru ilə əlaqəli Rusiya şirkət və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.
"Unikal"ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qadağalara 71 şirkət daxildir.
Yaponiya həmçinin Rusiya Federasiyası, özünü elan etmiş "DXR" və "LXR"dən olan 133 nəfərə, o cümlədən Rusiyanın Baş naziri Mixail Mişustinə, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev və qondarma "LXR" və "DXR" liderlərinə qarşı sanksiya tətbiq edib .
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida Rusiyaya qarşı əlavə sanksiyalar, xüsusən də qabaqcıl mallara embarqo qoyulacağını açıqlamışdı.
Ağarza Elçinoğlu