2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq, o cümlədən 7,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
"Unikal" xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artıb.
2022-ci ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,5 faizi ərzaq məhsullarının, 5,6 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub