Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 13 923,1 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,4% çoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Qaz nəqlinin 48,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Hesabat dövründə bu kəmərlə 6 783,5 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8%-lik artım).
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).