Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir.
"Unikal" xəbər verir ki, "Rabitəbank" Mikrokreditlə bağlı sahibkarlara maraqlı olan sualları və krediti əldə etmək üçün keçməli olduğunuz prosedurları izah edib.
Mikrokredit nədir, kimlər əldə edə bilər?
Mikrokredit, mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafına dəstək üçün nəzərdə tutulmuş kredit növüdür. Aşağı faiz dərəcələri, komissiya faizinin olmamasına, əlverişli təminat şərtləri və operativliyinə görə sahibkarlar üçün çox uyğundur.
Hal-hazırda "Rabitəbank"da aktiv olan Mikrokreditlər üzrə yaz kampaniyasından Kənd Təsərrüfatı, Ticarət, İstehsalat, Xidmət və Nəqliyyat sahəsində çalışan bütün sahibkarlar yararlana bilərlər. Nəzərdə tutulan kreditin məbləği 50 000 AZN-dəkdir.
Sahibkar 50 000 AZN mikrokrediti əldə etmək üçün hansı prosedurlardan keçməlidir?
"Rabitəbank"dan Mikrokredit əldə etmə proseduru da çox asandır. Sahibkarın biznes fəaliyyətinə dair sənədləri (Şəxsiyyət vəsiqəsi, VÖEN, borcalanın biznesini təsdiq edən sənədlər) varsa, banka təqdim etməlidir. Daha sonra biznes fəaliyyətinə baxış keçirilir və müştərinin ödəniş qabiliyyəti müəyyən edilir.
Mikrokreditin müddəti və şərtləri nələrdir?
Kreditin müddəti 36 ayadəkdir. Həmçinin, müsbət tarixçəsi olan müştərilərə onların hər bir il kredit tarixçəsinə 1% endirim tətbiq olunacaq.
Qeyd edək ki, Rabitəbankda aktiv olan Mikrokreditlər üzrə yay kampaniyası 31 may tarixinədək keçərlidir.
Mikrokrediti necə əldə etmək olar?
"Rabitəbank"ın təklif etdiyi mikrokredit kampaniyasını onlayn https://rbt.az/micro sifarişlə, həmçinin sizə yaxın olan filiala yaxınlaşaraq https://www.rabitabank.com/filiallar əldə etmək mümkündür.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.