Şröderə qarşı sanksiyalar Almaniya hakimiyyətinin Avropada Putinin maraqlarının lobbiləşdirilməsinə təbii reaksiyasıdır.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.
"Avropa sanksiyaları və şəxsi imtiyazlardan məhrumetmə Almaniyanın keçmiş kansleri Gerhard Sröderin şərəfsiz sonudur. Sonda həmişə hesabları ödəməlisən. Öz xalqına və tarixinə etinasızlıq Putinin hər bir lobbiçisinin taleyidir" - Podolyak yazıb.
Xatırladaq ki, bundan əvvəl Bundestaqın büdcə komitəsi keçmiş kansler Gerhard Şröderi bəzi xüsusi hüquqlardan məhrum etmişdi. Sanksiyalar onun Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləməsi ilə əlaqədar tətbiq edilib.
Ramil Zeynallı