Helsinki Ankara ilə Finlandiyanın NATO-ya daxil olması kontekstində Türkiyənin narahatlıqlarını müzakirə etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö Ağ Evdə ABŞ prezidenti Co Bayden və İsveçin baş naziri Maqdalena Anderssonla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Finlandiya və Türkiyə qarşılıqlı olaraq, bir-birinin təhlükəsizliyi barədə öhdəlik götürəcək.
“Biz terrorizm problemini ciddi qəbul edirik, terrorizmin bütün formalarını pisləyirik və onunla mübarizədə fəal iştirak edirik. Biz bütün müttəfiqlərdən güclü dəstəyə və üzvlüyümüzün tezliklə ratifikasiyasına ümid edirik”, - deyə Finlandiya prezidenti bildirib.