Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 232 uşaq ölüb.
"Unikal" xarici KİV-ə istinafən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
“Mayın 20-si səhərə olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 659-dan çox uşaq xəsarət alıb. 232 uşaq həlak olub, 427-dən çoxu yaralanıb”, - deyə məlumatda bildirilir.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Gülayə Mecid