"Finlandiyanın NATO-ya daxil olmasından sonra Rusiya Alyansla sərhədinin möhkəmləndirilməsinin vacibliyini bəyan edəcək, lakin resursların çatışmazlığı səbəbindən bunu edə bilməyəcək".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin rəhbəri polkovnik Esapekki Vehkaoya deyib.
"Rusiya NATO ilə yeni sərhəddə hərbi mövcudluğunu gücləndirməyi zəruri hesab edəcək, lakin Rusiyada planlar və reallıqlar fərqlidir", - kəşfiyyat mərkəzinin rəhbəri bildirib.
Onun fikrincə, yaxın bir neçə ildə bu istiqamətdə çox əhəmiyyətli praktiki tədbirlər görülməyəcək, ona görə ki, Rusiya ordusu Ukraynada ciddi itkilər verib və verməkdə davam edir.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər.