Ötən il işğaldan azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman deyib.
Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub.
"Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir".