Ermənistanın təcavüzü nəticəsində dağıdılan şəhərlərimizin bərpası üçün keçən il Prezidentin Ehtiyat Fondundan 48,9 milyon manat ayrılıb.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
O bildirib ki, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 12,2 milyon manat vəsait ayrılıb.