Vətən müharibəsi Şəhidi Əhməd Məmmədovun qardaşı Məmməd Məmmədov qəfil ürəktutmasından dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 1992-ci il təvəllüdlü M.Məmmədov Bakı şəhərində vəfat edib və bu gün Qazaxın Fərəhli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Əhməd Məmmədov Vətən müharibəsindən az əvvəl ailə qurmuşdu, övladı yox idi. Məmməd isə subay olub.
Anar Kəlbiyev