Xəzər Universitetinin yeməkxanasında yayılan fotoya münasibət bildirilib.
Universitetin mətbuat katibi Əlövsət Əmirbəyli "Unikal"a açıqlamasında bildirib ki, sözügedən elan yeməkxananın müdiri tərəfindən yerləşdirilib:
"Həmin elanı artıq oradan götürmüşük. Yeməkxana müdirinə də ciddi xəbərdarlıq etmişik. Ticarətçilər bəzən öz ideyaları ilə hərəkət edirlər. Yeməkxana müdiri nə həmin formada elan verə, nə də tələbəyə töhmət verə bilər", - deyə o qeyd edib.
Murad İbrahimli
***
09:15
Xəzər Universitetində yerləşdirilən elan müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Sözügedən elanda tələbələrə bildirilib ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.
Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilovadır.