May ayının 25-də millət vəkili Novruz Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birgə yerli sakinləri qəbul edib, onların problemlərini dinləyiblər.
"Unikal" xəbər verir ki, qəbulda 30-yaxın sakin iştirak edib. Qaldırılan məsələlər əsasən sosial sahələri əhatə edib. Şəxsi məişət problemləri və digər sakinləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Əksər məsələlərin həlli üçün yerli qurumlara müvafiq tapşırıqlar verilib. Həlli zaman tələb edən məsələlərə dair əlaqədar təşkilatlara müraciətin ediləcəyi vurğulanıb.
Günün ikinci yarısı millət vəkili Novruz Aslanov İsmayıllı rayon Ağsaqqallar Şurasının hesabat iclasında iştirak edib. İclasda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, deputat Tahir Kərimli və digərləri iştirak edib. İclasda hesabat dinlənilib və çıxış edən natiqlər İsmayıllı rayon Ağsaqqal Şurasının Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə yerli səviyyədə ağsaqqalların, ziyalıların, gənclərin və ictimai fəalların iştirakı ilə toplantıların, dəyirmi masaların keçirilməsindən, müxtəlif mövzuların müzakirəsindən və səmərəli təkliflərin irəli sürülməsindən söhbət açıblar.