Oqtay Şirəliyevdən sahibkarlara seçki ili həmləsi
11:29 26-02-2013
İQTİSADİYYAT
Səhiyyə naziri ilə bağlı yeni narazılıqlar meydana çıxdı
Payızda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca hökumətin cəmiyyətdən gələn narazılıqlara həssaslıqları da artır. Seçki ilində vətəndaşları incidəcək, onları protest elektoratına qoşulmağa vadar edəcək addımlara qarşı dözümsüzlük nümayiş etdirən iqtidarın bu davranışı anlaşılandır.
Gerçəklik ondan ibarətdir ki, bəzi məmurların fəaliyyəti daha çox vətəndaşlar arasında narazılıqlar yaratmağa, onları hökumətdən küsdürməyə gətirib çıxarır və xüsusən prezident seçkisi kimi mühüm siyasi yarışın keçiriləcəyi bir ildə belə məmurlara hətta ölkə başçısı səviyyəsində xəbərdarlıqlar edilməsi, onlardan özbaşınalıqlara son qoyulmasının tələb olunması başa düşüləndir.
Prezidentin sonuncu məlum müşavirə zamanı belə məmurlara sərt xəbərdarlığının şahidi olduq. Həmin kəskin tənqid və xəbərdarlıqdan həm də sahibkarları incidən, onları narazı salan addımlar atan bəzi məmurlara da pay düşdü.
Bununla belə, hələ də iş adamlarının narazı olduğu məqamlar qalır, bir çox dövlət qurumları onları incitməyə, narazı salmağa davam edirlər. Biz bunu havadan yazmırıq, gələn məlumatların özü belə düşünməyə əsas verir. Son günlər eşidilən oxşar narazılıqlardan birinin ünvanı isə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyidir.
Həmin narazılıqların konkret məzmunu ilə tanış olmadan əvvəl isə bir statistikaya göz ataq: 2012-ci ildə Səhiyyə Nazirliyi 151 aptek təşkilatının fəaliyyətinə xüsusi razılıq verib. Amma maraqlı olan burasıdır ki, bu, ötən il yaradılan apteklərin az bir hissəsidir. Çünki aptek müəssisəsi bu lisenziya ilə bir neçə dərman istehsalı və satışı obyekti aça bilər.
Ekspertlər qeyd edir ki, aptek fəaliyyətinin inkişafına mane olan çoxlu nöqsanlar var. Özəlliklə də bu sahədə aparıcı şirkətlər bundan istifadə edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 1 yanvar 2013-cü il üçün aptek fəaliyyəti ilə məşğul olmaq üçün 876 sahibkarlıq subyektinin lisenziyası var. Bunun 521-i Bakıdadır. Səhiyyə Nazirliyinin strukturunda isə 900-dən çox aptek var.
2012-ci ildə SN Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi 368 aptekdə yoxlama keçirib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 12 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb.
İndi isə gələk Oqtay Şirəliyevin nakzirliyinin bir çox iş adamlarını necə və niyə narazı salmasına. Məsələ burasındadır ki, aptek fəaliyyəti ilə məşğul olan bir çox sahibkarlar bildirir ki, bu sahədə inhisarçılıq var və lisenziya almaq çətindir. «Lisenziya alınması mürəkkəbləşdirilib, tələb edilən məbləğ dövlət rüsumundan xeyli çoxdur. Aptek açmaq istəyənləri mövcud şirkətlərə yönəldirlər, onlar isə lisenziyanın əvəzinə onların qaydaları ilə işləməyi tələb edirlər», deyə sahibkarlardan biri bildirib.
Başqa bir sahibkar da bu fikirləri təsdiqləyir və bildirir ki, yaranmış situasiyadan şikayət etməyin heç bir mənası yoxdur: «Çünki belə şikayətlər bir qayda olaraq, ya baxılmamış qalır, ya da sahibkarın vəziyyətini bir az da qəlizləşdirir».
Bizim araşdırmalarımız nəticəsində isə o da məlum oldu ki, Azərbaycanda dərman biznesinin aparıcı oyunçusu “AvroMed” şirkətidir. O, 900 dövlət aptekinə xidmət edir, özünün 1420 apteki var. Ardınca “Riyad Farma”, “Zəfəran”, “Asfarma” və s. gəlir.
Seçki ilində, özü də hökumətin dəstəyinə hər bir mənada böyük ehtiyacı olan sahibkar təbəqəsinin bu cür narazılığı Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyini düşündürməlidir. Prezidentin yuxarıda bəhs etdiyimiz, məlum və sərt xəbərdarlığı da unudulmamalı, aptek biznesi ilə məşğul olanlara bərabər gözlə baxılmalı, bu sahədə inhisarçılığın ləğvi istiqamətində kəskin addımlar atılmalıdır. Əks halda bu, ilk növbədə nazirliyin rəhbərliyi üçün karyera anlamında fəsadlara yol aça bilər. (“Unikal” qəzeti)
Digər Xəbərlər
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00