Türkiəyinin İstanbul şəhərində sevgilisi ilə mübahisə edən gənc intihar edib.
"Unikal" bu barədə türk mətbuatına istinadən xəbər verir. Hadisə dəmiryol vağzalında stansiyaların birində baş verib. Belə ki, dayanacaqda qatar gözləyən Ramazan Atilla Köyügözlə sevgilisi Elif T. arasında mübahisə yaranıb. Nəticədə Ramazan Atilla Köyügöz özünü hərəkətdə olan qatarın altına atıb. Müxtəlif xəsarətlər alan Köyügöz hadisə yerində ölüb. Sevgilisinin öldüyünü görən qızın vəziyyəti pisləşib. Əraziyə cəlb olunan təcili tibbi yardım qıza yardım göstərib.
Qatar yolundan götürülən gəncin cansız bədəni müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Ramil Zeynallı