Ötən gün axşam vəfat edən Azərbaycan Elmlər Akademiyasının eks-prezidenti Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, II Fəxri Xiyabanda əvvəlcə vida mərasimi keçiriləcək.

Vida və dəfn mərasimində AMEA rəhbərliyi və akademiklər iştirak edəcək.

***11:07

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.

"Unikal" xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Salayev 1983-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.