"Azərbaycan hələ ki ərzaq qıtlığı ilə üz-üzə deyil".
"Unikal" xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.
Onun sözlərinə görə, qida təhlükəsizliyi riski yaradan heyvan kəsimi mədəniyyət formalaşdırılmalıdır: "Prosesə heyvan kəsimi ilə məşğul olan sahibkarlıq subyektləri də dəstək olmalıdır. Əhali də nöqsanlara qarşı mübarizə üsulu seçməlidirlər. Nəzərə almaq lazımdır ki, dünyada ərzaq qıtlığı təhlükəsi var. Buna iqlim dəyişiklikləri də öz təsirini göstərir. Bunun təzahürləri 150 il ərzində özünü büruzə verəcək. Misal olaraq, 10 il bundan əvvəl dünyada 1 milyard 300 milyon insan aclıqdan əziyyət çəkirdisə, son illərdə bu rəqəm xeyli azalıb. Belə ki, hazırda 850-900 milyon ətrafında insan aclıqdan əziyyət çəkir. Lakin Azərbaycan ərzaq qıtlığı ilə hələlik üz-üzə deyil".
Şöbə müdiri həmçinin bildirib ki, yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir. Bioloji silah kimi istifadə olunan törədicilərin 82 faizini heyvan mənşəli olanlar təşkil edir. Ət və süd məhsulları xəstlikyayma baxımından əlverişli vasitədir".