Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun sərhədlərinin genişlənməsindən, Rusiyanın bu qədər yaxın bölgələrdə olmasından, xüsusən də Baltikyanı ölkələr və Polşadakı fəaliyyətindən ciddi narahat olduqlarını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Lavrov Rusiya Federasiyası ilə Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Belarusun paytaxtı Minskə səfəri zamanı deyib:
"Biz NATO -nun sərhədlərimizin bilavasitə yaxınlığında, xüsusən də Baltikyanı ölkələr və Polşadakı fəaliyyətindən ciddi şəkildə narahatıq. Bizim ortaq fikrimiz budur ki, bu cür hərəkətlər açıq qarşıdurma xarakteri daşıyır və bu, Avropanın təhlükəsizlik sahəsində gərginliyin və parçalanmanın daha da artmasına gətirib çıxaracaq".
Lavrov həmkarı ilə görüşündə bioloji təhlükəsizliyə xüsusi önəm verdiklərini və amerikalıların keçmiş sovet respublikalarında fəaliyyətinin “çox, çox təhlükəli” olduğunu bildirib. "Biz amerikalıların hərbi bioloji fəaliyyətlərin şəffaflığını təmin etmək istəyini görmürük. Biz bunu ölkələrimizin milli təhlükəsizliyinə təhdid kimi görürük", - Lavrov deyib.
Gültəkin Ələsgər