Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirilib ki, Qurban Bayramı günlərində yol polisi gücləndirilmiş qaydada xidmət göstərəcək:
"Dəyərli xalqımız islam dünyasının böyük rəğbətlə qeyd etdiyi, hər bir müəsəlman üçün əziz olan Qurban bayramınızı təbrik edir və bu bayram günlərini təhlükəsiz şəraitdə keçirilməsini arzu edirik. Bayram günlərində bir sıra yol hərəkəti qaydalarını unutmamağı, əsasən yolların hətəkət istiqamətlərinin zəbt edilərək dayanma durma tələblərini pozmamağı və digər vətəndaşlarımızın rahat və fasiləsiz hərəkətlərinə maneyə yaratmamağı. Uzaq məsafələrə səfərlər zamanı yuxu və istirahət rejimlərinə əməl etməyi, səfər öncəsi avtomobillərinizin sazlığına diqqət yrtirməyi xahiş edirik! Hər birinizin rahatlığının təmin olunması üçün bütün bayram günləri xidmətimizi gücləndirilmiş qaydada təmin etməyimizin bir məqsədi var oda Sizin təhlükəsizliyinizin yüksək səviyyədə təmin olunmasıdır. Bir daha hər birinizə xoş istirahətlər və neqativ hallarla yadda qalmayan bayram arzu edirik!".