Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.
"Unikal" xəbər verir ki, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayacaq.
Növbəti iş günü iyulun 13-dədir.