Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin qatili ölkə qanunlarına görə edam cəzasına məhkum edilə bilər.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun Yapon Araşdırmaları Mərkəzinin baş elmi işçisi Oleq Kazakov bildirib. O, əlavə edib ki, Yaponiyada edam asılma yolu ilə həyata keçirilir, lakin məhkumlar hökm çıxarılana qədər uzun illər həbsxanada qala bilərlər. 

Qeyd edək ki, Yaponiyanın eks-Baş naziri Şinzo Abe bu gün səhər saatlarında sui-qəsd nəticəsində öldürülüb. 

Ağarza Elçinoğlu