Anqolanın keçmiş prezidenti Xose Eduardo dos Santos 79 yaşında İspaniyada vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə  Anqola prezidentinin Facebook səhifəsində məlumat verilib.

Qeyd edildiyi kimi, sabiq prezident uzun sürən xəstəlikdən sonra İspaniya vaxtı ilə saat 11:10-da Barselonadakı klinikalardan birində vəfat edib.

Dos Santos 23 iyunda Barselonada ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi. Xəstəxana həkimlərinin dediyinə görə, Anqola dövlətinin keçmiş rəhbərinin nevroloji fəsadları olub.

Xose Eduardo dos Santos 38 il - 1979-cu ildən 2017-ci ilə qədər Anqolanın prezidenti vəzifəsində çalışıb. 2019-cu ildən bəri siyasətçi müalicə aldığı Barselonada xeyli vaxt keçirib. 

Qeyd edək ki, Santos prezident müavini vəzifəsini icra etməyə başlayanda və təhsilini davam etmək üçün SSRİ-yə gəlib,  Burada o, Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Gültəkin Ələsgər