İran Xəzərdə hərbi təlimlərə başlayıb.

"Unikal" xəbər verir ki, Xəzər dənizində keçirilən “Dayanıqlı Təhlükəsizlik 1401” təlimi dəniz qırıcıları, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri də daxil olmaqla müxtəlif bölmələrin iştirakı ilə aparılır.

Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Həmzə Əli Kaviyani bildirib ki, hər il keçirilən təlimin məqsədi bölmələrin hazırlığını yoxlamaq və təcrübəsini artırmaqdır.