Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəmərinin açılışı Rusiyanın qaz monopoliyasına son qoyacaq.

"Unikal" xəbər veri ki, bunu Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kirill Petkov deyib.

Bu qaz kəməri vasitəsilə Sofiya Azərbaycan qazını ala biləcək. Petkov bildirib ki, Bolqarıstan cəmi 6 ay ərzində enerji müstəqilliyinə nail olub.

Petkov hesab edir ki, bu iki layihə bütün regionun enerji xəritəsini dəyişəcək. Yaxın həftələrdə Bolqarıstanın Azərbaycan qazını almağa başlayacağı gözlənilir.

Xatırladaq ki, aprelin 27-də “Qazprom”   Bolqarıstanın “Bulgargaz” şirkəti və Polşanın PGNiG şirkətlərinə rublla ödəniş edilmədiyinə görə qazın nəqlini dayandırıb . Bolqarıstanın baş naziri Kiril Petkov bildirib ki, ölkə enerji resurslarının, o cümlədən təbii qazın tədarükü ilə bağlı Rusiyanın şərtləri ilə razılaşmayacaq. Onun sözlərinə görə, bu, Aİ-nin prinsipial mövqeyinə ziddir.

Bundan sonra Bolqarıstandan olan sahibkarlar ölkə hökumətindən Rusiyadan qaz nəqlini bərpa etməyi tələb ediblər. Əks halda ölkəni  xarabalıq  və xaos təhlükəsi gözləyir.

Gültəkin Ələsgər