Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə xalqımızın Müqəddəs Qurban bayramı münasibəti ilə şəhid ailələrini və qaziləri ziyarət edib.
"Unikal" xəbər verir ki, əvvəlcə Xırdalan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edən RİH başçısı burada şəhid ailələri ilə görüşüb.
Daha sonra rayon ərazisində yaşayan şəhid ailələrinin və qazilərin evlərinə gedərək onları Qurban bayramı münasibəti ilə təbrik edərək, qayğıları və problemləri ilə maraqlanıb.
Şəhid ailəri və qazilər də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qurban payları şəhid və qazi ailələrinə, Çernobıl əlillərinə, Əfqanıstan veteranlarına, kimsəsiz və aztəminatlı ailələrlə təqdim edilib.
Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.