Xəbər verdiyimiz kimi, iyulun 8-i saat 21 radələrində Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində həlak olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Hüseyn Bayramov Suraxanı rayonunun Əmircan qəsəbəsindədir. O, evin tək oğlu imiş.
Qeyd edək ki, faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.
Murad İbrahimli