Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir.

Bu barədə "Unikal"a DİN Mətbuat Xidmətindən bildirilib.

Belə ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib.

Qeyd edək ki, şairə Nazilə Səfərlinin işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb.

***22:08

Bəzi KİV-lərdə şairə Nazilə Səfərlinin işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçdiyinə görə həbs edildiyi xəbərləri yayılıb. 

"Unikal" xəbər verir ki, hətta Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Lakin Nazilə Səfərli sosial media hesabından paylaşım edərək, barəsində yayılan xəbərləri təkzib edib. Belə  ki,  o azadlıqda olduğunu və  qanunsuz iş görmədiyini  etiraf edib.