Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru G. Məmmədova məlumat verib.
İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında isə iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.
İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.