Avropa Liqasında (AL) 2022/23 mövsümünün ilk püşkatma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə III təsnifat mərhələsindəki cütlüklər müəyyənləşib.
Hazırda Çempionlar Liqasında (ÇL) mübarizə aparan Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub. Ağdam təmsilçisi ÇL-in II təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”ə məğlub olacağı halda mübarizəni AL-in III raundunda davam etdirəcək.
Bu cütlüyün məğlubu Çempionlar Liqasının II raundunda üz-üzə gələcək “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) cütünün zəifi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.