Ukrayna torpaqları əslində müasir Rusiya raketləri üçün sınaq meydançasına çevrilib.  

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb. 

"İşğalçılar Ukraynaya qarşı mövcud silahların bütün arsenalından istifadə edirlər. Bizim torpaqlarımız faktiki olaraq müasir Rusiya raketlərinin, eləcə də SSRİ dövründə işlənib hazırlanmış köhnəlmiş raketlərin sınaq meydançasına çevrilib. Bu günə olan məlumata görə, düşmən Ukrayna ərazisi üzərində artıq üç minə yaxın müxtəlif tipli raketlər atıb. Bunlar qanadlı raketlər, “hava-yer” tipli raketlər, əməliyyat-taktiki komplekslərin (“Point-U”, “İskəndər”) raketləri, həmçinin “Bastion” sahil kompleksinin “Oniks” raketləridir", - mesajda deyilir.

 Gülayə Mecid