General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Hərbi Akademiyanın rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə isə H. Həsənov Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyevin birinci müavini təyin edilib. 

Qeyd edək ki, H. Həsənov 2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.

Orxan Həsənli