Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisioğlu Sefa Dönmez (59) silahlı hücum nəticəsində həyatını itirib. Hücum edən Faruk Ulusoy nəzarətə götürülüb.

"Unikal" xəbər verir hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib.

Fatih Ulusoyla daxili işlər naziri Süleyman Soylunun əmisioğlu Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb.

Qısa müddətdə davaya çevrilən hadisədə Fatih Ulusoy silahla Dönmezə 5 atəş açıb. Hadisə yerinə çağrılan sağlamlıq qruplarının müdaxiləsi ilə Of Dövlət Xəstəxanasına aparılan Dönməzi həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Fatih Ulusoy əlindəki silahla polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb.