Ukraynanın xarici işlər naziri Dmitri Kuleba prezident Vladimir Zelenskinin Avropa Birliyinə üzv olmaq üçün son tarix təyin etdiyini bildirib.
"Unikal" RBC -ə istinadən xəbər verir ki, Kubela bu müddəti prezidentin şəxsən təyin etdiyini bildirib.
“Prezident Zelenski bu müddəti şəxsən təyin edib. Amma sizə deməyəcəyəm, çünki siz Aİ-də kimisə o qədər qorxuda bilərsiniz ki, onlar bizim hərəkətlərimizi bilərəkdən ləngidəcəklər”, - deyə nazir bildirib.
Kuleba onu da vurğulayıb ki, Kiyev hər şeyi “sakit, ağlabatan və nəticə üçün” etməlidir.
Qeyd edək ki, iyulun 1- də bildirilib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevi korrupsiyaya qarşı mübarizəni gücləndirməyə çağırıb.