CHP İzmir millət vəkili Tuncay Özkan İzmirin Çeşmə mahalının İldır bölgəsində meşə yanğınının başladığını açıqlayıb.

"Unikal" xəbər verir ki, millət vəkili bu barədə tvitterdə paylaşım edib.

Özkan paylaşımında belə qeyd edib:

"Çeşmədə dəhşətli görüntülər. Tək istəyimiz İldırdakı fəlakətin böyümədən söndürülməsidir".