Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 4 evdən ümumilikdə 23.000 ABŞ dolları, 700 manat, 81.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.