Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyulun 19-da saat 14 radələrində Siyəzən rayonu ərazisində “Opel” markalı avtomobil saxlanılıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Ramal Zamanovun narkotik vasitə qəbul etməsi müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə protokol tərtib olunub. Avtomobildə narkotik vasitəyə bənzər kütlə aşkar edildiyindən o, Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı oradan metamfetamin aşkar olunaraq götürülüb.