2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb.
"Unikal" xəbər verir ki, yarışların tarixi və açılış vaxtı təşkilat komitəsinin mətbuat xidməti tərəfindən dərc olunub.
Bildirilib ki, ilk qızıl medallar iyulun 27-də oynanılacaq. İdmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, skeybordinq, üzgüçülük, suyatullanma, reqbi və atıcılıqda mübarizə aparacaqlar.
Olimpiadanın sonuncu günü – avqustun 11-də güləş, yüngül atletika (marafon), basketbol, su polosu, trek velosiped idmanı, beşnövçülük və həndbol yarışları olacaq.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.