Sumqayıtda kafedə quldurluq olub.
Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis idarəsinin 5-ci Polis Bölməsinə iyulun 24-də şəhər ərazisindəki kafelərin birində Kotec qəsəbə sakini R.Əhmədovun 450 manatının və mobil telefonunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuşlar S.Muradov və N.Babayev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.