Azərbaycan Televiziyası AMEA ilə arasındakı süjet qalmaqalı ilə bağlı məlumat yayıb.
"Unikal" məlumatı təqdim edir:
“Məsələ ilə bağlı AMEA bildirir ki, dövlət qurumlarının sürətlə modernləşdiyi, idarəetmə sahəsində yeni innovativ mexanizmlərin bütün sahələrdə tətbiq olunduğu, kadr potensialından daha səmərəli istifadə ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyi hazırkı şəraitdə yuxarıda qeyd olunan istiqamətlər üzrə dövlət qurumlarının, o cümlədən AMEA-nın fəaliyyətində rast gəlinən nöqsanların obyektiv olaraq kütləvi informasiya vasitələrində əks olunması mövcud problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması baxımından əhəmiyyətlidir.
Onu da qeyd etmək istərdik ki, haqqında söhbət gedən süjetdə səsləndirilən iradlar bütövlükdə öz işinə vicdanla yanaşan, bütün ömrünü olduqca ağır və şərəfli bir fəaliyyətə, elmə həsr edən, elmin bu və ya digər sahəsinin inkişafına öz araşdırmaları ilə mühüm töhfələr verən, kütləvi informasiya vasitələrində, o cümlədən Azərbaycan Televiziyasında elmin təbliği və populyarlaşdırılması sahəsində uğurla fəaliyyət göstərən Akademiya əməkdaşlarını və bütövlükdə elmi ictimaiyyəti yeni yanaşmalara sövq edir”.
Qeyd edək ki, AzTV AMEA haqqında tənqidi süjet hazırlayıb. Dövlət televiziyasının hazırladığı tənqidi süjetin akademiyanın saytında və səhifəsində yerləşdirilməsi müzakirələrə səbəb olub.