Mingəçevirdə 19 yaşlı qızın 42 yaşlı kişini qəbiristanlıqda bıçaqlamasının təfərrüatı məlum olub.
"Unikal" xəbər verir ki, 2003-cü il təvəllüdlü Eyvazova Tünzalə Ariz qızı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlıq ərazisində bıçaqla 1980-ci il təvəllüdlü Şəvəndiyev Nizami Qasım oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib.
T.Eyvazovanın yeri müəyyən olunaraq saxlanılıb və onun izahatı alınıb. Məlum olub ki, 19 yaşlı qızla 42 yaşlı kişi arasında yaxın münasibətlər olub. Sonradan onların münasibətləri pozulmağa başlayıb. Gecə saatlarında N.Şəvəndiyevi qəbiristanlığa çağıran T.Eyvazova mübahisə zəmnində onu bıçaqlayıb. Nizami Şəvəndiyev ailəli olub.
Faktla bağlı araşdırma aparılır.
***00:57
Mingəçevirdə qadın kişini bıçaqlayıb.
"Unikal"ın məlumatına görə, hadisə Bağlar yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 1980-ci il təvəllüdlü tanışı Nizami Qasımovu qarın və kürək nayihəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov