Bakıda avtomobil iki qadın piyadanı vurub.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Kənan Allahverdili idarə etdiyi “Kia Rio” markalı avtomobillə şəhər sakinləri, 1998-ci il təvəllüdlü Afət Dadaşovanı və 1968-ci il təvəllüdlü Zemfira Hacıyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyadalardan Zemfira Hacıyeva orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb