Mingəçevirdə oğul atasını və bacısı oğlunu bıçaqlayıb.

"Unikal"ın məlumatına görə, hadisə Təbriz döngəsi 42 ünvanında baş verib. Muradov Müşfiq Rafiq oğlu ailə münaqişəsi zəmnində 1967-ci il təvəllüdlü atası Muradov Rafiq Məhəmməd oğluna və 2007-ci il təvəllüdlü bacısı oğlu Qəhrəmanlı Ünal Kamil oğluna bıçaqla xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Rafiq Muradova həkim briqadası tərəfindən yardım göstərilib. Yeniyetmə oğlan isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov