Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Məmmədova hökm oxunub və o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, B.Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ü.Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
B.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.