"Barselona"nın hücumçusu Memfis Depay komandadan ayrılmağa qərar verib.
"Unikal" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, komandakı durumundan narazı olan niderlandlı futbolçu üçün Kataloniya təmsilçisi 20 milyon avro tələb edir.
Qeyd edək ki, Depayın adı daha çox "Yuventus"la hallanır.