Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
"Unikal" xəbər verir ki, yığmamız bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi.
Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb. Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.
Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.