Hindistanın Madhya Pradeş əyalətinin müxtəlif bölgələrində ildırım düşməsi nəticəsində 9 nəfər həyatını itirib.
"Unikal" xəbər verir ki, Hindistanın Madhya-Pradeş ştatında güclü yağışlarla bir çox şəhəri ildırım vurub.
Satna şəhərində işləmək üçün tarlaya gedən 3 nəfəri ildırım vuraraq öldürüb. Yenə həmin şəhərdə bir qadın ildırım vurması nəticəsində yanaraq həyatını itirib.
Vidişa şəhərində yağışın dayanmasını gözləmək üçün ağacın altına sığınan 4 nəfər ildırım vurması nəticəsində dünyasını dəyişib. Quna şəhərində bir qadın ildırım vurması nəticəsində dünyasını dəyişib.
Səlahiyyətlilər, leysan yağışlarının davam edəcəyinə görə, əhaliyə xəbərdarlıq edib.